XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 March 2020 - 14:13

İsrail casusu ABŞ-a qaytarıldı –Trampın bəyanatı

ABŞ prezidenti Donald Tramp İsrail casusu Amir əl-Faxurinin Beyrut həbsxanasından  buraxıldığını və ABŞ-a qayıtdığını açıqlayıb.

Strateq.az “Tvitter”-ə istinadla xəbər verir ki, Livan mənşəli ABŞ vətəndaşı əl-Faxuri hərbi cinayətlərə görə məhkum olunub. O, 1980-ci illərdə Livanın cənubundakı həbsxanalarda İsraillə əməkdaşlıq edərək məhbuslara verilən işgəncələrdə iştirak edib və “əl-Xəyyamın qəssabı” ləqəbi ilə tanınıb.

Əl-Faxuri həbsdən azad edildikdən sonra helikopterlə Beyrutdakı ABŞ səfirliyinə çatdırılıb və daha sonra Birləşmiş Ştatlara yola salınıb.

Livanın “Hizbullah” hərəkatı hökumətin əl-Faxurinin azad edilməsi barədə qərarı ABŞ-ın təzyiqi və təhdidləri altında  verdiyini bildirib.