XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

20 Mart 2020 - 17:55

Tacikistan bütün beynəlxalq reysləri bağlayıb

Koronavirus təhlükəsi ilə bağlı Tacikistan martın 20-dən Düşənbədən xarici ölkələrə uçan və paytaxta gələn bütün beynəlxalq reysləri iki həftəliyə bağlayıb.

Bu haqda jurnalistlərə Tacikistan Mülki Aviasiya Agentliyinin rəhbəri İkrom Subhonzoda məlumat verib. O deyib ki, bu yerli reyslərə aid deyil və Düşənbə-Xocənd, Düşənbə-Kulyab və Düşənbə-Xaroq reysləri əvvəlki rejimdə işləyəcək.

Xatırladaq ki, indiyədək Tacikistanda koronavirus aşkar edilməyib. Bununla belə, fevralın 1-dən martın 18-dək 1890 adam karantində olub, onların 1426-sı evə buraxılıb(azərtac).