XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

20 Mart 2020 - 22:03

Futbol mövsümünün bərpası barədə danışmaq hələ tezdir – UEFA

Avropa Futbol Asossiasiyaları Birliyi (UEFA) hesab edir ki, futbol mövsümün bərpa olunmasının vaxtı ilə bağlı proqnoz vermək hələ tezdir.

Bu barədə qurumun rəsmi saytı xəbər verir.

Martın 17-də UEFA koronavirus pandemiyası səbəbindən Avropa çempionatını 2020-ci ilin yayından 2021-ci ilin yayına keçirmək qərarına gəlib. Çempionlar Liqası, Avropa Liqası və demək olar ki, Avropanın bütün milli çempionatları dayandırılıb.

Çin hakimiyyəti 31 dekabr 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ölkənin mərkəzi hissəsindəki (Xubey əyaləti) Uhan şəhərində naməlum pnevmaniyanın yayılması haqqında məlumat verib.

Mütəxəssislər xəstəlik törədicinin koronavirus olduğunu müəyyənləşdirib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib. (Report)