XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 March 2020 - 22:36

İtaliyada koronavirus:Gün ərzində 627 insan ölüb

İtaliyada koronavirus qurbanların sayı sutka ərzində yeni rekord qırıb.

Bunu Milli Müdafiə Xidmətinin başçısı Andjelo Borelli bildirib.

O, bildirib ki, ölkədə 627 nəfər COVİD-19 infeksiyasının qurbanı olub.

Dünən İtaliyada koronavirus qurbanların ümumi sayı 3,4 min nəfərə çatıb. Ölkə artıq Çini bu göstəriciyə görə qabaqlayıb.

“Bu gün biz 689 sağalma faktını qeyd etmişik, sağalanların ümumi sayı 5 129 nəfərə çatıb”, – Borelli axşam brifinqdə bildirib.

Hal-hazırda koronavirusa təxminən 38 min italiyalı yoluxub, sutka ərzində bu göstərici 4 670 nəfərə artıb. Martın 19-u yoluxanların sayı 4,5 min nəfərə artıb, bundan əvvəl sutka ərzində artım 3 min nəfər təşkil edirdi. (report)