XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

20 Mart 2020 - 23:51

Tramp ümummilli karantinin tətbiq edilməsini zəruri saymır

“Ölkədə ümummilli karantinin tətbiq edilməsini zəruri saymıram”.

Bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ölkə daxilində karantin tətbiq etməyə ehtiyac yoxdur: “Kaliforniyada, Nyu-Yorkda karantin tətbiq edildi, lakin Midvestə və digər yerlərə gedirsən, eyni problemlər yaşanmır.

“Kaliforniya və Nyu-York ştatlarında xüsusi rejim elan olunub. Ehtiyac olmadıqda evdən çıxmayın. Sakinlər yalnız zəruri məsələlər üçün evdən çıxa bilərlər – yemək, dərman üçün. Şəhərdə lazım olan xidmətlər, obyektlər fəaliyyəti göstərir”, – deyə prezident əlavə edib. (apa)