XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

21 Mart 2020 - 10:04

ABŞ-ın vitse-prezidenti aparatının əməkdaşı koronavirusa yoluxdu

ABŞ-ın vitse-prezidenti Maykl Pensin aparatının əməkdaşında koronavirus aşkarlanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə vitse-prezidentin mətbuat katibi Keti Millerin bəyanatında deyilir.

Qeyd edilir ki, nə Pens özü, nə də prezident Donald Tramp bu insanla yaxın əlaqələrə malikdir.

“Bu axşam bizə xəbərdarlıq etdilər ki, vitse-prezident aparatı əməkdaşının koronavirusa yoluxması təsdiqlənib. Nə prezident Tramp, nə vitse-prezident Pens bu insanla sıx əlaqələrə malikdir”, – sənəddə qeyd edilir.

Birləşmiş Ştatlarda federal hakimiyyətin və ştatlar hakimiyyətinin məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin informasiyasına əsasən, ABŞ-da koronavirusa yoluxma hallarının sayı 18 563-ə qədər artıb. Birləşmiş Ştatlarda COVİD-19-dan azı 227 nəfər ölüb, 121 nəfər sağalıb.