XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 March 2020 - 17:46

Gürcüstan prezidenti ölkədə fövqəladə hal elan edilməsini dəstəkləyib

Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə fövqəladə hal elan edilməsini dəstəkləyib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə prezident xalqa canlı video müraciəti zamanı bildirib.

“Konstitusiyanın 71-ci maddəsinə əsaslanaraq, baş nazirin müraciəti əsasında ölkə ərazisində fövqəladə hal rejiminin elan edilməsi barədə fərman imzalayacam”, – deyə prezident bildirib. 

Sənəd dəstəklənməsi üçün parlamentə təqdim ediləcək. Yekun qərar parlamentin 16:30-da keçiriləcək  iclasında qəbul ediləcək.

Qeyd edək ki, Gürcüstanda hazırda 48 nəfərdə koronavirusa yoluxma təsdiqlənib.