XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

21 Mart 2020 - 21:11

ÜST:"Dünyada koronavirusa qarşı 20-yə yaxın vaksin hazırlanır"

Hazırda bir neçə ölkə koronavirusa qarşı vaksin hazırlayır.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) mütəxəssis Mariya Van Kerxouv bildirib.

“Bütün dünyada elmi-tədqiqat mərkəzləri koronavirusa qarşı vaksinlərin hazırlanması üzərində işləri sürətləndirir. Hazırda koronavirusa qarşı ən azı 20 vaksin hazırlanır. Onların ilk kliniki təcrübələri artıq başlayır”, – M.Kerxouv vurğulayıb.

Mətbuat konfransında çıxış edən ÜST-nin Fövqəladə vəziyyətlər üzrə proqramın direktoru Maykl Rayan vaksinin yaradılmasında bütün ehtiyat tədbirlərinə riayət edilməsinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 186 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 284 649-ya çatıb. Bunların 93 575 nəfəri sağalıb, 11 842 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.