XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Mart 2020 - 21:40

Yaşı 65-dən yuxarı və xroniki xəstəliyi olanlara küçəyə çıxma qadağası qoyuldu- Türkiyədə

Türkiyədə yaşı 65-dən yuxarı olanlara küçəyə çıxmaq qadağası qoyulub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, bu gecə yerli vaxtla saat 00:00-dan sonra yeni tip koronavirusa  (COVID-19) yoluxma riski yüksək olan yaşı 65-i keçənlərin və xroniki xəstəlikdən əziyyət çəkənlərin yaşadıqları evdən kənara çıxmaları, park, bağca kimi açıq sahələrdə dolaşmaları məhdudlaşdırılıb.