XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

22 Mart 2020 - 00:07

Fransada karantin:qaydaları pozan 38994 nəfər 135 avrodan cərimələnib

Martın 16-dan 20-dək Fransada yeni koronavirusun yayılması ilə bağlı karantin qaydalarının pozulduğuna görə 38 994 cərimə tədbiri tətbiq olunub.

Bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, bu cərimələr 867 695 yoxlamadan sonra həyata keçirilib.

Xatırladaq ki, ayın 17-dən etibarən ölkədə evdən çıxmaq məhdudiyyəti tətbiq olunub. Təcili iş üçün evdən çıxmağa məcbur olduqda isə vətəndaşın üzərində evi tərk etməyin səbəbi və hara getdiyi göstərilmiş ərizə olmalıdır. Bu qaydanı pozanlar 135 avro məbləğində cərimə edilir.

Son məlumatlara görə, Fransada COVİD-19 virusuna yoluxanlar 12 612 nəfər, ölənlər 450 nəfər, sağalanlar 1 587 nəfər təşkil edir/Report.