XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

22 Mart 2020 - 12:00

Kuba da İtaliyaya dəstək verdi:virusla mübarizə üçün tibbi briqada göndərəcək

Kuba yeni tip koronavirus (Covid-19) pandemiyası ilə mübarizə çərçivəsində İtaliyaya tibbi briqada göndərəcək.

52 nəfərlik tibbi heyətdən ibarət qrup bu gün İtaliyanın koronavirusdan ən çox təsirlənən Lombardiya vilayətinə yola düşəcək.

Bu artıq 6-cı tibbi briqadadır ki, Kuba koronavirusla mübarizə üçün müxtəlif ölkələrə göndərir. Kubalı həkimlər Venesuela, Nikaraqua, Yamayka, Surinam və Qrenadada koronavirusla mübarizədə yerli həkimlərə kömək edirlər. /APA