XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

22 Mart 2020 - 12:38

İki nazir koronavirusa görə istefa verdi –Ekvadorda

Ekvadorun əmək və səhiyyə naziri ölkədə koronavirusa yoluxanların sayının 500 nəfəri ötməsi fonunda istefa verib.

Bunu Prezident Administrasiyası yanında ictimaiyyətlə əlaqələr katibliyi açıqlayıb.

Hakimiyyət Ekvadorun səhiyyə naziri Katalina Andramunyo və ölkənin əmək naziri Andres Maderonun istefasını qəbul edib.

Öz növbəsində prezident Lenin Moreno, Luis Artiro Poveda Velaskonu əmək naziri, Xuan Karlos Lopesi isə səhiyyə naziri təyin edib.

Son məlumata görə, ölkədə 532 nəfər koronavirusa yoluxub.

Ekvador hakimiyyəti koronavirus səbəbiylə ölkə ərazisində komendant saatı tətbiq edib və insanların ölkədaxilində hərəkətinə məhdudiyyət qoyulub. /Report