XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

22 Mart 2020 - 15:34

Bir gündə 400-ə yaxın şəxs koronavirusdan öldü –İspaniyada

İspaniyada koronavirusa yoluxanların və ölənlərin sayı artmaqda davam edir.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ölkədə virus qurbanlarının sayı 1 720 nəfərə çatıb.

Məlumata görə, hazırda 28 572 nəfər koronavirus daşıyıcısıdır. Ən çox yoluxma halı Madrid muxtar bölgəsində qeydə alınıb – 9 702 nəfər.

Qeyd edək ki, ötən gün İspaniyada koronavirusa 24 926 nəfərin yoluxduğu, 1 326 nəfərin isə virusdan öldüyü xəbəri yayılmışdı. /Report