XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

23 Mart 2020 - 09:00

Dünyada koronavirusa yoluxanların sayı 292 min nəfəri ötdü –ÜST

Dünyada koronavirusdan ölənlərin sayı 12 min nəfəri ötüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Qeyd edilir ki, dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 292 142 nəfərə çatıb, 12,7 min nəfər koronavirusun qurbanı olub.

Gün ərzində dünyada virusa 26 069 yoluxma halı qeydə alınıb, 1 600 nəfər vəfat edib.

Yoluxma hallarının ən böyük sayı Avropa regionunda qeydə alınıb. Orada bir gün ərzində 22,7 mindən çox insan koronavirusa yoluxub, 1 426 insan ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib.