XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

23 Mart 2020 - 09:15

Türkiyə ordusu PKK-nın 5 terrorçusunu zərərsizləşdirdi –Müdafiə Nazirliyi

Türkiyə ordusu İraqın şimalında PKK-nın 5 terrorçusunu zərərsizləşdirib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Silahlılar İraqın Hakurk rayonunda endirilmiş hava zərbəsi nəticəsində zərərsizləşdiriliblər.

Hava zərbəsi xüsusi xidmət orqanları ilə əlaqəli şəkildə endirilib.

“Türkiyə ordusu bölgədəki bütün terrorçuların bazalarını və sığınacaqlarını məhv etmək əzmindədir”, – deyə Müdafiə Nazirliyi vurğulayıb. (report)