XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 March 2020 - 09:29

Tramp Milli Qvardiyanı koronavirusla mübarizəyə cəlb etdi

ABŞ prezidenti Donald Tramp üç ştatda – Nyu-York, Kaliforniya və Vaşinqtonda koronavirusla mübarizədə kömək üçün Milli Qvardiyanı cəlb etməyə icazə verib.

Bu barədə RİA “Novosti” məlumat yayıb.

“Onlar (yerli hakimiyyət red.) xərclər haqqında narahat olmamalıdırlar”, – ABŞ rəhbəri Ağ Evdə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ştatlar Milli Qvardiyanın istifadəsi xərclərinin 25%-ini ödəməli olmayacaq – bununla federal hökumət məşğul olacaq.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib. Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 292 142 nəfərə çatıb, 12,7 min nəfər koronavirusun qurbanı olub. (Report)