XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

23 Mart 2020 - 10:12

Cənubi Koreyada koronavirus:yoluxanların sayı 9 000 nəfərə çatır

Cənubi Koreyada gün ərzində koronavirusa 64 yeni yoluxma halı və 257 sağalma qeydə alınıb.

RİA “Novosti” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzi bildirib.

Mərkəzin məlumatına görə, bununla da ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 8 961 nəfərə çatıb, 111 nəfər yeni virusun qurbanı olub.

Cənubi Koreya epidemiologiya təhlükəsini ən yüksək səviyyəyə qaldırıb. Tequ və Kyonsan-Pukto əyalətinin üç şəhəri xüsusi fəlakət zonası elan edilib. Bütün məktəblərdə və məktəbəqədər müəssisələrdə tədrisin başlanması artıq üçüncü dəfədir (aprelin 6-a qədər) təxirə salınır. Sakinlərdən yaxın 15 gündə evlərini 1 dəfədən artıq tərk etməməyi, idman, əyləncə və dini müəssisələri bağlamağı xahiş ediblər.

Ölkədə 13 628 nəfərin analizləri hələ ki yoxlanılır. Cənubi Koreyada ümumilikdə 315 mindən çox insandan analiz götürülüb. (report)