XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 March 2020 - 10:39

Çexiyada koronavirus:ilk ölüm hadisəsi qeydə alınıb

Çexiyada bazar günü koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb.

TASS xəbər verir ki, bu barədə jurnalistlərə Böhran Vəziyyətinə Qarşı Mübarizə Mərkəzi Qərargahının sədri, Səhiyyə nazirinin müavini Roman Prımula məlumat verib.

O bildirib ki, ölən 95 yaşlı kişi koronavirusa yoluxsa da bir çox xəstəliklərdən də əziyyət çəkirmiş: “Lakin bütün hallarda ölümünün əsas səbəbi COVID-19 olub. Statistik olaraq bu ölüm Çex Respublikasında koronavirusdan ilk ölüm kimi qeydə alınıb”.

Xatırladaq ki, Çexiyada koronavirusa yoluxma halı martın 1-də aşkarlanıb. Bu günədək 1120 nəfər virusa yoluxub. Son bir gündə isə 125 yoluxma təsdiqlənib. 6 nəfərin sağaldığı bildirilir. (apa)