XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 March 2020 - 11:13

ABŞ Senatında ilk koronavirusa yoluxma qeydə alınıb

ABŞ-ın Kentukki ştatından olan respublikaçı senator Rand Pol koronavirus testindən keçib, nəticə müsbət olub.

“Sputnik” xəbər verir ki, bu barədə senator  tvitter hesabıda yazıb.

O bildirib ki, səyahətlərdə olması ilə əlaqədar hər etimala qarşı COVID-19 testindən keçib.

Karantinə alınan senator bu çətin şəraitdə Kentukki xalqı üçün fəaliyyətini davam etdirmək niyyətində olduğunu vurğulayıb.

O, özünü yaxşı hiss etdiyini vurğulayıb.

Qeyd edək ki, bu, ABŞ Senatında ilk koronavirusa yoluxma hadisəsidir.