Tokio-2020 Yay Olimpiya Oyunları koronavirus pandemiyası səbəbindən təxirə salınacaq.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) bunu yaxın saatlarda, ən gec isə bir neçə gün ərzində açıqlayacaq.
Bildirilir ki, Olimpiada 2021-ci ildə təşkil olunacaq. Öncədən yarışın iyulun 24-dən avqustun 9-dək keçirilməsi planlaşdırılırdı.
Qeyd edək ki, uzun müddət yarışı təxirə salmamaqda israrlı olan BOK sonradan üç variant – 2021-ci, 2022-ci il və ya 45 gün ertələnmə variantlarını nəzərdən keçirirdi. (Apasport.az)