XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

23 Mart 2020 - 18:29

Koronavirusdan sağalanların sayı 100 000-i keçdi

Dünyada koronavirus infeksiyasından sağalanların sayı 100 000-i ötüb.

Virusdan sağalanların sayı 100 345 nəfərə çatıb.

Qeyd edək ki, ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 192 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 349 807-yə çatıb. 15 307 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (Report)