XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

23 Mart 2020 - 19:42

Almaniya və Belçikada koronavirus:qurbanların sayı kəskin artdı

Almaniyada 17, Belçikada isə daha 13 nəfər koronavirus infeksiyasından ölüb.

Almaniyada ölənlərin sayı 111, Belçikada isə 88-ə çatıb.

Bundan başqa, hər iki ölkədə koronavirusa yoluxanların sayında da artım müşahidə edilib. Virus daşıyıcılarının sayı Almaniyada 26 220, Belçikada isə 3 743 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 192 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 350 677-yə çatıb. Bunların 100 569 nəfəri sağalıb, 15 321 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (Report)