XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

05 Mart 2016 - 20:11

İran:“Bəzi ölkələr nüvə anlaşmasının icra prosesini pozmağa çalışır”

 

texti

 

“Bəzi ölkələr nüvə anlaşmasının icrası prosesində pozuculuq törətməyə çalışırlar. Amma, zaman keçdikcə bu məsələ öz əhəmiyyətini daha artıq itirmiş olur”.

 

Strateq.az İRNA-ya istinadən bildirir ki, bu sözləri İran xarici işlər nazirinin Avropa və Amerika məsələləri üzrə müavini Məcid Təxt Rəvançı Tehranda keçirilən 2-ci İran-Avropa Ticarət və Bank əməkdaşlıqları konfransında deyib.

Onun sözlərinə görə, amerikalılar nüvə anlaşması çərçivəsində iqtisadi və ticarət əməkdaşlıqları üçün heç bir maneə olmadığını desələr də Avropa banklarının sanksiyaların ləğvi məsələsindən xəbərsiz olmaları problem yaradır.

 

M.Təxt Rəvançi çirkli pulların yuyulması məsələsində İranın təhlükəli ölkələr sırasında göstərilməsindən narazılıq edib: “Bu məsələyə düzəliş edilməlidir. Çünki, bu ədalətli deyil və Mərkəzi Bank problemin aradan qalrırılmasına çalışır”.

 

İran xarici işlər nazirinin müavini daha sonra nüvə anlaşmasının İran və Avropa arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi üçün münasib fürsət adlandırıb: “İran ilə iqtisadi əlaqələrin genişləndirilməsi üzrə heç bir maneə mövcud deyil. Müxtəlif ölkələr İran ilə əməkdaşlıqlara başlamağa öz hazırlıqlarını elan ediblər”.

İran xarici işlər nazirinin müavini sanksiyalar və İranofobiyanın artıq tarixə qovuşduğunu da deyib: "Bundan başqa İranın regional mövqeyi də güclənib".

 

İran və Avropa arasında 2-ci bank və ticarət əlaqələri konfransı Almaniya, Fransa, İngiltərə, İtaliya, Polşa və Rusiyadan gəlmiş 60 xarici qonağın iştirakı ilə işə başlayıb.