XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

24 Mart 2020 - 10:36

Uhan şəhərində karantin rejimi ləğv edilir –Bu tarixdə

Aprelin 8-də Çinin Uhan şəhərində koronavirusla əlaqədar tətbiq olunan karantin rejimi ləğv ediləcək.

“Bloomberg”xəbər verir ki, bütün dünyada koronavirusun sürətlə yayılmasına baxmayaraq, Çində pandemiyanın təsiri əhəmiyyətli dərəcədə azalıb.

Məlumata görə, Uhan sakinlərinə aprelin 8-dən başlayaraq şəhəri tərk etmək icazəsi veriləcək. Buna səbəb daha öncə koronavirusun episentri sayılan Hubey vilayətinin martın 19-da yeni yoluxma hallarının 0-a enməsi barədə məlumat verməsi olub.

Qeyd edək ki, Çin rəhbərliyi Uhan və şəhərətrafı rayonlarda ciddi karantin rejimini yanvarın 23-dən bəri tətbiq edib. Nəticədə 60 milyon sakinin hərəkəti məhdudlaşdırılıb/Report.