XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

24 Mart 2020 - 13:26

Pompeo “Taliban” rəhbərinin köməkçisi ilə görüşdü:"ABŞ Dövlət katibi əmin etdi ki..."

ABŞ Dövlət katibi Mayk Pompeo “Taliban” qruplaşmasının rəhbərinin köməkçisi ilə görüşüb.

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, görüş Dohada (Qətər) keçirilib. “Taliban”ın Qətərdəki nümayəndəliyinin sözçüsü Suheyl Şahin bildirib ki, tərəflər ABŞ-“Taliban” sülh razılaşmasının daha effektiv həyata keçirilməsi yollarını və Əfqanıstanda məhbusların mübadiləsini müzakirə ediblər.

“Əfqanıstanda danışıqlar gedir, əfqanlar ölkədaxili razılaşma barədə gələcək siyasi sistem, davamlı sülh və atəşkəsin əldə olunması ilə bağlı müzakirə aparır. ABŞ Dövlət katibi əmin etdi ki, ABŞ ordusu razılaşmadakı müddətə öz qüvvələrini Əfqanıstandan geri çəkəcək”, – deyə “Taliban”ın sözçüsü bildirib/APA.