XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Mart 2020 - 17:00

ÜST:"Koronavirusa yoluxma halı daha çox Avropa və ABŞ-dadır"

Son 24 saatda koronavirusa yoluxma faktlarının 85%-i Avropa və ABŞ-da qeydə alınıb.

“Reuters” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü məlumat verib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 197 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 392 169-a çatıb. Bunların 102 850 nəfəri sağalıb, 17 146 nəfəri isə ölüb/Report.