Rusiyada neft yatağında baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
RİA-Novosti agentliyinin verdiyi xəbərə görə, insident Yamal-Nen Muxtar Dairəsinin Nadım rayonunda qeydə alınıb.
“Yarudeysk” neft yatağında geoloji kəşfiyyat işləri zamanı partlayıcı maddədən ehtiyatsız istifadə nəticəsində partlayış baş verib.
Bir nəfər hadisə yerində ölüb, daha 2-si Nadım xəstəxanasına yerləşdirilib.