XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

24 Mart 2020 - 19:43

İsveçdə koronavirus:yoluxanların və ölənlərin sayı çoxalıb

İsveçdə yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının sayı son bir gündə 2 016-dan 2 272 nəfərə çatıb (hər 100 min nəfərdən 22-si COVID-19-a yoluxub).

TASS-ın verdiyi məlumata görə, Krallıqda koronavirusdan ölənlərin sayı 36 nəfərə çatıb ki, onlardan 56%-i kişilər olub. Ölənlərin orta yaşı 82-yə bərabər olub.

Məlumata görə, hazırda daha 115 nəfər reanimasiya şöbəsindədir, onların orta yaşı isə 66-dır.

Ölkədə COVID-19-a yoluxan insanların ümumi sayı əslində daha çox ola bilər, çünki İsveç yalnız xəstəxanaya müraciət edənləri test edir/APA