XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

05 Mart 2016 - 23:16

Suriya silahlı müxalifətindən Rusiyaya sensasion müraciət:“Bizi İŞİD-dən qoruyun!”

 

suriya ordu

 

Suriyada atəşkəsə razılıq vermiş müxalifətçi silahlı qrupların rəhbərləri Rusiyaya müraciət edərək onların təhlükəsizliyini qorumağı xahiş ediblər.

Strateq.az bildirir ki, bu barədə sülhyaratma üzrə koordinasiya Mərkəzindən məlumat verilib. Atəşkəs sənədini imzalamış müxalifətçilər və yerli administrasiya rəhbərləri İŞİD tərəfindən təqiblərə məruz qaldıqlarını bəyan ediblər.

Mərkəzin rəhbəri, general Sergey Kuralenko KİV-ə bildirib ki, atəşkəs başlandıqdan bəri Suriyanın müxtəlif silahlı qrupları və siyasi qüvvələri ilə 23 görüş keçirilib.

Onun sözlərinə görə, ilk günlər müxalifətin əsas şərti Suriya dövlət strukturlarının təqibindən təhlükəsiz qarantı almaq olub: “Bu gün isə artıq hər şey dəyişib. Onlar xahiş edirlər ki, sazişi imzalamış müxalifətçi qrupları İŞİD-dən qoruyaq. Onlar sazişi imzalamış qrupların “ovu”na başlayıblar”, -deyə Kuralenko vurğulayıb.   

Mərkəzin rəhbəri bildirib ki, onlara müraciət etmiş müxalifət birləşmələrinin təhlükəsizliyini təmin edəcəklər.

Suriyada atəşkəs 27 fevraldan elan edilib.