Avstriyada yeni növ koronavirusa yoluxanların sayı 5 min nəfəri keçib, virusdan ölənlərin sayı isə 30 nəfərə çatıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.
Qeyd edək ki, nazirlik gündə iki dəfə – yerli vaxtla saat 08:00 və 15:00-da koronavirus ilə əlaqədar vəziyyət haqqında məlumat yayımlayır. Bu səhər açıqlanan məlumata görə, Avstriyada koronavirusla bağlı 32 407 test keçirilib, onlardan 5 282-nin nəticəsi müsbət olub.
Çərşənbə axşamı Avstriya kansleri Sebastyan Kurts respublikada koronavirus üçün testlərin sayının artırılacağını, eyni zamanda müayinələrin sayını yüz minlərə qədər artırmaq üçün sürətli testlər keçiriləcəyini açıqlayıb. (Report)