XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 March 2020 - 16:30

Koronavirusla əlaqədar Ukraynada karantin müddəti uzadılıb – Aprelin 24-dək

Yeni koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Ukraynada aprelin 3-də bitməli olan karantin müddəti aprelin 24-dək uzadılıb.

“Ukrinform”un verdiyi xəbərə görə, bundan başqa, Nazirlər Kabineti bu gün ölkənin bütün ərazisində fövqəladə situasiya elan edəcək.

Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal hökumətin bu gün keçirilən iclasında bildirib. D. Smıqal onu da deyib ki, fövqəladə situasiya ilə fövqəladə vəziyyət fərqli anlayışlardır.

Qeyd edək ki, Ukraynada koronavirusa yoluxanların sayı 113-ə çatıb, son 24 saatda 13 yoluxma faktı qeydə alınıb. Bu günədək virusa yoluxan 3 nəfər vəfat edib. (apa)