XƏBƏR LENTİ

01 Aprel 2020

Digər Xəbərlər

25 Mart 2020 - 17:10

Qazaxıstanda fövqəladə vəziyyət rejimini pozanlar həbs edilib –İnformasiya və İctimai İnkişaf naziri

Qazaxıstanda fövqəladə vəziyyət rejimini pozduğuna görə 60-dan çox adam həbs olunub.

Bu barədə çərşənbə günü Qazaxıstanın İnformasiya və İctimai İnkişaf naziri Dauren Abayev bildirib.

Qazaxıstanda 80 koronavirusa yoluxma hadisəsi təsdiqlənib. Martın 16-dan etibarən ölkədə fövqəladə vəziyyət elan edilib. Martın 19-da Nur-Sultan və Alma-Atıda karantin tətbiq olunub.

D.Abayev qeyd edib ki, pozuntular əsasən fövqəladə vəziyyət rejiminin pozulması maddəsi ilə bağlıdır və buna görə cərimə və ya 15 günədək həbs cəzası nəzərdə tutulur.

“Təəssüf ki, istisnasız olaraq bütün bölgələrdə, qadağalara baxmayaraq, təntənəli mərasimlər davam edir, kafe, internet-klublar və hətta uşaq dərnəkləri fəaliyyət göstərir. Ümumilikdə 313 belə fakt aşkarlanıb, 94 vətəndaş məsuliyyətə cəlb edilib, onlardan 64-ü həbs olunub”, – nazir deyib. (Report)