XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

06 Mart 2016 - 09:30

Davudoğlu:“Tehran və Ankara əngəlləri aşmaq üçün əl-ələ tutacaq”

Türkiyə İranı beynəlxalq qadağalar altında olduğu zaman tərk etməyib

Tehran və Ankara Yaxın Şərqdə təhlükəsizlik və stabilliyi bərpa etmək və əcnəbilərin regiona keçməsinin qarşısını almaq üçün birgə işləməlidir.

Strateq.az report.az-a istinadən xəbər verir ki, bunu İranda səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

"İran və Türkiyə bəzi problemlər üzrə fərqli fikirlərdə ola bilər, lakin onların tarixi heç vaxt dəyişməyəcək və coğrafi cəhətdən iki qonşu ölkə bir-birini tamamlayır. Tehran və Ankara Yaxın Şərqdə təhlükəsizlik və stabilliyi bərpa etmək və əcnəbilərin regiona keçməsinin qarşısını almağa kömək etmək üçün birgə işləməlidir", – deyə “Mehr” agentliyi Davudoğlunun sözlərini sitat gətirib.

Nazir, həmçinin xatırladıb ki, Türkiyə "İranı beynəlxalq qadağalar altında olduğu zaman tərk etməyib".

"Biz çətin şəraitdə iranlı qardaşlarımızla qaldıq və hazırkı şəraitdə biz problem və əngəlləri aşmaq üçün əl-ələ tutacağıq", – deyə o bildirib.