XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 March 2020 - 21:00

Çin və Almaniya liderləri arasında telefon söhbəti olub- COVID-19-a qarşı vaksini müzakirə ediblər

Çin Almaniyanın yeni növ koronavirusa (COVID-19) qarşı mübarizəsini dəstəkləyir və alman xalqına kömək üçün əlindən gələni etməyə çalışacaq.

Bu sözləri Çin Xalq Respublikasının Sədri Si Cinpin Almaniya kansleri Angela Merkel ilə telefon danışığı zamanı deyib. Si Cinpin ölkəsinin xəstəliyin nəzarət altına alınması və xəstələrin müalicəsi sahəsindəki təcrübəsini Almaniya ilə bölüşməyə, habelə COVID-19-a qarşı peyvəndin və dərmanın hazırlanması istiqamətində əməkdaşlığa hazır olduğunu deyib.

Çinə dəstəyə görə təşəkkür edən Angela Merkel, Almaniyanın pandmeiya ilə birgə mübarizədə nümunə olmaq üçün peyvəndin və dərmanın hazırlanması sahəsində Çin ilə əməkdaşlığa ümid etdiyini söyləyib.

Qeyd edək ki, yeni növ koronavirusun ilk ortaya çıxdığı və ən çox yayıldığı Çin virusun yayılmasının qarşısının alınmasında və xəstələrin müalicəsində böyük uğurlar qazanıb. Almaniya isə hazırda COVID-19-un sürətlə yayıldığı ölkələrdən biridir. İndiyədək Almaniyada 35 min 714 nəfər virusa yoluxub, 181 nəfər virus səbəbindən ölüb.