XƏBƏR LENTİ

08 İyul 2020
07 İyul 2020

Digər Xəbərlər

25 Mart 2020 - 21:13

Cənubi Koreyada ABŞ əsgərinin müəmmalı ölümü –Səbəb araşdırılır

Bu gün ABŞ hərbçiləri Cənubi Koreyada bir əsgərin öldüyünü və ölüm səbəbinin hələ bilinmədiyini açıqlayıb.

Strateq.az “The Hill”-ə istinadla xəbər verir ki, 21 yaşlı Kelli Uolçun cansız bədəni qarnizondakı otağında aşkarlanıb.

Hemfri Qarrison Cənubi Koreyanın paytaxtı Seuldan 70 kilometr cənubda yerləşən hərbi bazadır.

ABŞ ordusunun açıqlamasında əsgər ölümünün səbəbinin hazırda araşdırıldığı bildirilir. Ordu rəsmiləri onun COVID-19-a görə öldüyünü düşünmədiklərini söyləyiblər.

Bundan əvvəl Cənubi Koreyada ABŞ ordusunun 25 yaşlı qadın hərbçisi müəmmalı şəkildə ölüb.