XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

25 Mart 2020 - 23:08

Fatih Terim:“Sınaqdan üzüağ çıxacağıq”

“O qədər gözəl və xüsusi hisslər keçirirəm ki, hər duanı ürəyimdə hiss edirəm”.

Apasport.az saytının məlumatına görə, bunu koronavirusa yoluxan “Qalatasaray”ın baş məşqçisi Fatih Terim bildirib.

Martın 23-də testlərinin nəticəsi müsbət çıxan və xəstəxanaya aparılan təcrübəli mütəxəssis sosial şəbəkə vasitəsilə vəziyyətinin yaxşı olduğunu yazıb: “Bu, hamımız üçün sınaqdır. Dualarınızla, gözəl arzularınızla sınaqdan üzüağ çıxacağıq. Hazırda yaxşıyam, inşallah, daha da yaxşı olacağam. Əlim ürəyimdə hər birinizə təşəkkür edirəm”.

Qeyd edək ki, “Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrak da koronavirus infeksiyasına yoluxub.