XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

26 Mart 2020 - 10:23

Rumıniya paytaxtının bütün sakinləri koronavirus testindən keçiriləcək:"Bizə 2-5 milyon test lazımdır"

Tezliklə Buxarestin bütün sakinləri koronavirusla bağlı yoxlamadan keçirilə bilər.

Bu barədə “Antena 3” telekanalının efirində Rumıniyanın səhiyyə naziri Viktor Kostake bildirib.

“Biz Cənubi Koreyada olduğu kimi mobil qrupların köməyi ilə Buxarestin bütün sakinlərini koronavirus yoxlamasından keçirmək üçün innovasiya proqramını reallaşdırmaq istəyirik. Hazırda bizə 2-5 milyon test lazımdır”, – Kostake bildirib.

Səhiyyə Nazirliyinin başçısı qeyd edib ki, bu gün analizlər karantində olan bütün insanlardan götürülmür. O, gələn həftə ölkədə COVID-19-u yoxlamaq üçün ölkədə daha çox test olacağına ümidini ifadə edib.

Qeyd edək ki, Rumıniyada koronavirusa 906 yoluxma qeydə alınıb. Ölkədə 17 xəstə pandemiyanın qurbanı olub/Report.