XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 March 2020 - 12:56

Kansler Merkel 2-ci testdən keçib– Cavab açıqlandı

Almaniya hökumətinin başçısı Angela Merkelin ikinci koronavirus testinin də cavabı mənfi olub.

Strateq.az “Reuters”-ə istinadla xəbər verir ki, kansler Angela Merkel gələn həftə növbəti COVID-19 testindən keçməlidir.

Merkel ötən Cümə günü peyvənd üçün COVID-19-a yoluxmuş həkimin qəbulunda olduqdan sonra karantinə alınıb.

Hökumətin sözçüsü bildirib ki, koronaviruusa görə karantinə alınmasına baxmayaraq, kansler ölkədəki vəziyyətə tam nəzarət edə bilir.