Gürcüstan prezidenti Salome Zurabişvili Böyük Britaniya xalqına müraciət edərək şahzadə Çarlzın yeni koronavirusdan qısa zamanda sağalmasını arzulayıb.
Strateq.az “Georgia today”-ə istinadla xəbər verir ki, dövlət başçısı video tvitində deyib: “Gürcüstandan İngiltərə xalqına xitabən: “Bu çətin anda sizinləyik. Və Şahzadə Çarlzın tezliklə sağalmasını arzulayıram!“
Dünən Britaniya taxt-tacının varisi şahzadə Çarlz COVID-19-a testi müsbət nəticə verib.
71 yaşlı şahzadə Çarlzda yüngül simptomlar müəyyən olunub.
O və hersoginya Kamilla karantinə alınıblar.