XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 March 2020 - 17:50

8 ölkədən BMT baş katibinə fövqəladə müraciət:"Sanksiyaları ləğv edin!"

8 ölkə koronavirusla təsirli mübarizə aparmaq üçün BMT-nin baş katibinə İrana qarşı sanksiyalarının ləğvinə çağıran bir məktub göndərib.

Strateq.az “TASS”-a istinadla xəbər verir ki, məktubu Rusiya, Çin, Suriya, Kuba, Nikaraqua, Şimali Koreya, Venesuela və İran imzalayıb.

BMT baş katibi Antonio Quterreşə xitabən ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalarını qaldırması istəkli ortaq məktubda deyilir: “Beynəlxalq birliyin bütün üzvləri üçün COVID-19-la daha təsirli, adekvat və tam mübarizə aparılması vacibdir və pandemiyanın siyasiləşməsinin qarşısı alınmalıdır. Siyasi haqq-hesab çəkmənin insan ölümünə bais olmasına imkan verə bilmərik. Dəfələrlə dediyiniz kimi, xaosun alovlanması deyil, qlobal həmrəylik, əməkdaşlıq və düşünmə dövrüdür. Əgər həqiqətən bu mürəkkəb humanitar böhranı aradan qaldırmaq istəyiriksə, indi heç bir ayrı-seçkilik etmədən milli, regional və beynəlxalq səviyyədə birgə hərəkət etmək vaxtı gəlib çatıb”.

Bundan əvvəl ABŞ-ın bir sıra siyasətçiləri, o cümlədən senatorlar Berni Sanders və Elizabet Uorren ABŞ-ın Maliyyə Nazirliyinə epidemiya fonunda İrana qarşı sanksiyaların azaldılmasına çağıran məktub göndəriblər.