“Ukrayna Beynəlxalq Hava Yolları” şirkəti koronavirusa görə gündəlik reyslərin uçuşlarını aprelin 24-dək təxirə salıb.
Bu barədə şirkətin saytı məlumat yayıb. Məlumata görə, Ukraynada karantin dövrünə qədər gündəlik uçuşlar həyata keçirilməyəcək.
Qeyd edək ki, “Ukrayna Beynəlxalq Hava Yolları” şirkəti hər gün Kiyev-Bakı-Kiyev reysini reallaşdırırdı. Martın 17-dən Azərbaycan ilə Ukrayna arasında uçuşlar dayandırılıb(azərtac).