“Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın martın 26-na təyin edilmiş məhkəmə işi İrəvanda koronavirusun yayılması səbəbi ilə təxirə salınıb. Məhkəmə iclası aprelin 23-nə təyin edilib”.
APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Ermənistanın sabiq dövlət başçısının vəkili Amram Makinyanın bildirib.
O əlavə edib ki, növbəti məhkəmə aprelin 23-ü saat 15.00-a planlaşdırılıb.
Xatırladaq ki, 2019-cu ilin sonunda Ermənistan Xüsusi istintaq xidməti Sarkisyanı dövlətdən 1 milyon dollardan çox pul mənimsəməkdə ittiham edir.