XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

27 Mart 2020 - 16:41

Son sutkada İspaniyada koronavirusdan 769 ölüb –ölü sayı 4858-ə çatıb

Son 24 saat ərzində İspaniyada koronavirusa yoluxmuş 769 nəfər vəfat edib.

Bununla, İspaniyada ölənlərin ümumi sayı 4858 nəfərə çatıb.

Ölkə ərazisində son sutka ərzində virusa 7871 yeni yoluxma faktı aşkarlanıb. Bununla da ümumilikdə İspaniyada koronavirusa yoluxanların sayı 64059-a yüksəlib.

Bu günədək koronavirusdan ölüm faktının 2000-dən çoxu paytaxt Madriddə qeydə alınıb.

Kataloniyada 880, Bask bölgəsində 180 ölüm halı baş verib.

Ölkə ərazisində karantin müddəti aprelin 12-dək uzadılıb. (apa)