XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

27 Mart 2020 - 16:07

Rusiya Prezident Administrasiyasında və İşlər İdarəsində koronavirusa yoluxma qeydə alınıb

Rusiya Prezident Administrasiyasında koronavirusa yoluxma qeydə alınıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov faktı təsdiq edərək bildirib ki, koronavirus aşkarlanmış əməkdaş Prezident Vladimir Putinlə kontaktda olmayıb.

Peskov Prezident Administrasiyasında zəruri sanitar-epidemioloji tədbirlərin görüldüyünü də deyib.

Qeyd edək ki, RBK Rusiya Federasiya Prezident Administrasiyası və Prezidentin İşlər İdarəsində koronavirusa yoluxma qeydə alındığı barədə məlumat yayıb.

Lakin İşlər İdarəsinin mətbuat katibi Yelena Krılova məsələyə münasibət bildirmək istəməyib, bunu şəxsi xarakterli məlumatların yayılmasının doğru olmaması ilə əlaqələndirib. (apa)