XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

27 Mart 2020 - 18:37

Yaponiya fövqəladə vəziyyətin elan olunmasına ehtiyac görmür

Yaponiyada yeni koronavirusun yayılması ilə bağlı fövqəladə vəziyyətin elan olunmasına ehtiyac yoxdur.

Bu barədə martın 27-də Tokioda keçirilən ənənəvi mətbuat konfransı zamanı Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bəyan edib. Baş katib qeyd edib ki, ölkədə fövqəladə vəziyyətin tətbiq edilməsi barədə qərar mütəxəssislərin hərtərəfli rəyi nəzərə alınaraq qəbul oluna bilər, lakin hələ ki, buna ehtiyac yoxdur.

Hazırda ölkədə yeni koronavirusla bağlı vəziyyəti şərh edən Y.Suqa deyib: “Virusun yayılmasının insanların həyatına təsiri və mütəxəssislərin rəyi nəzərə alınaraq ciddi qərar qəbul edilə bilər. Lakin bu gün ölkədəki ümumi vəziyyət fövqəladə vəziyyətin elan olunmasını tələb etmir və biz virusun yayılması ilə bağlı xəbərdarlıq işinə anlayışla yanaşılmasını xahiş edirik”.

Qeyd edək ki, martın 27-də Yaponiya hökuməti tərəfindən ölkədə fövqəladə vəziyyət elan olunacağı təqdirdə dövlət strukturlarının və yerli administrasiyaların fəaliyyətini əlaqələndirəcək xüsusi qərargah təsis edilib.

Əlavə olaraq bildirək ki, martın 27-ə olan son məlumatlara əsasən Yaponiyada 2114 yeni koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 57-nin öldüyü, 960 nəfərin isə sağalaraq xəstəxanaları tərk etdiyi bildirilir(azərtac).