XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Mart 2020 - 19:41

Yaponiya bu ölkələrə verilmiş vizaları ləğv edir- Koronavirusa görə

Martın 27-də Yaponiya hökumətinin qəbul etdiyi qərara əsasən, koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Cənub-Şərqi Asiya, Yaxın Şərq və Afrikanın 11 ölkəsinə verilmiş vizalar martın 28-dən ləğv ediləcək.

Azərtac Yaponiya Nazirlər Kabinetinə istinadla xəbər verir ki, Yaponiyanın İndoneziya, Sinqapur, Tailand, Filippin, Bruney, Vyetnam, Malayziya, İsarail, Qətər, Bəhreyn və Konqo Demokratik respublikasındakı səfirlikləri tərəfindən verilmiş təqribən 750 min viza şənbə günündən etibarən qüvvədən düşmüş hesab ediləcək.

Əlavə olaraq qeyd edək ki, Yaponiya hökuməti bu günədək Çin, Cənubi Koreya, İran, Misir və əksər Avropa ölkələri daxil olmaqla 40 ölkənin vətəndaşlarına verilmiş vizaları ləğv edib.