Almaniya kubokunun yarımfinal mərhələsinin oyunları təxirə salınıb.
Bu barədə Almaniya Futbol İttifaqı məlumat yayıb.
Bildirilib ki, koronavirus pandemiyasının ölkədə yayılması səbəbindən kubokun yarımfinal matçları qeyri-müəyyən müddətə təxirə salınıb. Həmin görüşlərin aprelin 21-22-də keçirilməsi nəzərdə tutulurdu.
Qeyd edək ki, Almaniya kubokunun yarımfinalında “Bavariya” “Ayntraxt”la, “Bayer” isə “Saarbryuken”lə qarşılaşmalıdır. (Apasport.az)