XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

27 Mart 2020 - 23:44

Fransada pandemiya ilə bağlı karantin müddəti uzadıldı- Aprelin 15-dək

Fransada COVID-19 pandemiyası ilə bağlı karantin müddəti aprelin 15-dək uzadılıb.

Fransa Baş naziri Eduard Filip Yelisey Sarayından çıxış edərək karantin müddətinin aprelin 15-dək uzadıldığın bildirib. O, növbəti karantin müddətində indiki rejimdəki qaydaların qüvvədə qaldığını diqqətə çatdıraraq, zərurət olarsa, karantin müddətinin aprelin 15-dən sonra da uzadılacağını vurğulayıb. Bildirib ki, karantin qaydalarına riayət etməyənlər ciddi şəkildə cəzalandırılacaqlar. Bir neçə gün əvvəl COVID-19 pandemiyası ilə bağlı yaradılmış yeni elmi şura ölkədə karantin müddətinin ən azı 6 həftə uzadılması zərurətini vurğulayıb.

Bu gün səhər Baş nazir E.Filip əhalini pandemiyanın son dərəcə böyük dalğasının yaxınlaşması ilə bağlı xəbərdar edib.

Qeyd edək ki, ölkədə karantinlə bağlı bir çox problemlər yaranıb. Ən böyük problem ailələrdə zorakılığın 40 faiz artmasıdır(azərtac).