XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

27 Mart 2020 - 23:54

ABŞ İrana qarşı sanksiyaları ləğv etməyəcək- Açıqlama

Dünyanın 11 dövlətinin BMT və ABŞ-a müraciət edərək İrana qarşı sanksiyaların aradan qaldırmasını xahiş etməsinə baxmayaraq, Vaşinqton sanksiyaları ləğv etməyəcək.

Bu sözləri ABŞ dövlət departamentinin mətbuat katibi Morqan Ortaqus bildirib. Ərəbdilli “Aş-Şark al-Ausat” qəzetinə müsahibə verən mətbuat katibi qeyd edib ki, İrana qarşı təzyiqlər bundan sonra da davam edəcək. İranı yalnız bu yolla danışıqlar masası arxasına qaytarmaq olar. M.Ortaqus onu da nəzərə çatdırıb ki, koronavirusla mübarizə üçün İrana göstərilən humanitar yardımlara sanksiya tətbiq edilmir.

ABŞ Müdafiə Nazirliyinin keçmiş əməkdaşı Mara Kleyn isə bildirib ki, bir çox dövlətlər İrana yardım etmək istəyirlər. Lakin onlar ABŞ-ın sanksiyalarından ehtiyat edirlər. ABŞ rəsmiləri İrana humanitar yardım göstərilməsinə etiraz etmədiklərini bəyan edirlər. Buna baxmayaraq, dövlətlər Vaşinqtonun qəzəbindən qorxaraq yardım göstərməkdən ehtiyatlanırlar.

Qeyd edək ki, İranda koronavirusun geniş yayılması səbəbindən ölkə iqtisadiyyatı ağır vəziyyətə düşüb. ABŞ-ın Maliyyə Nazirliyi isə ötən gün İranın 5 şirkətinın və 15 nəfər hüquqi şəxsinin adını sanksiyalar siyahısına əlavə edib. ABŞ-ın bu addımı bir sıra dünya dövlətləri tərəfindən birmənalı qəbul edilməyib. On bir müsəlman dövləti, həmçinin Rusiya BMT-nin Baş katibi Antonio Quterreşə məktubla müraciət edərək, İrana qarşı sanksiyaların heç olmazsa müvəqqəti olaraq aradan qaldırılmasını istəmişlər.