XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

28 Mart 2020 - 00:05

Türkiyədə fövqəladə vəziyyət elan edilə bilər –Süleyman Soylu

Türkiyə hakimiyyəti koronavirus pandemiyası səbəbindən ölkədə fövqəladə vəziyyətin tətbiq olunacağını istisna etmir.

Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu “NTV” kanalına açıqlamasında deyib.

Nazir bildirib ki, bu günə qədər koronavirusun yayılmaması üçün bütün lazımi tədbirlər həyata keçirilir:

“Bundan sonra vəziyyət koronavirusun yayılmasından asılı olacaq. İnsanların çölə çıxış qadağası və ya fövqəladə vəziyyətin elan edilməsi də istisna edilmir”.

Qeyd edək ki, Türkiyədə 5 698 nəfər koronavirusa yoluxub. Bu xəstələrdən 92 nəfəri həyatını itirib. (Report)